Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Avropa Liqasında ilk oyununa çıxıb.
Çempionlar Liqası ilə vidalaşdığı üçün mübarizəni bu turnirdə davam etdirən Polşa təmsilçisi pley-offun ilk görüşündə səfərdə "Slaviya" (Çexiya) ilə qarşılaşıb.
Start heyətdə meydana çıxan Mahir görüşün 20-ci dəqiqəsində baxımlı qolla hesabı açıb. Görüşün yekun nəticəsi isə 2:2 olub. Emreli 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 26-da Varşavada keçiriləcək.