AFFA 2021/2022-ci il mövsümündə də Premyer Liqa klublarına maliyyə yardımını davam etdirəcək.
Bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq, yüksək liqa təmsilçilərinə maliyyə yardımı davam etdiriləcək. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdiriləcək.