Əfqanıstandan qaçmaq istəyən futbolçu öldü

02:02 20 Avqust 2021

Taliban Əfqanıstanın paytaxtı Kabildə hakimiyyəti ələ keçirdikdən sonra insanların ölkədən axını davam edir.

 

Ölkədən qaçmaq istəyənlər arasında gənc futbolçu da olub. Əfqanıstanın aşağı yaş qrupları üzrə milli komandasının üzvü Zəki Ənvəri Kabildən havaya qalxan təyyarənin təkərlərinin arxasında gizlənib.

 

Təyyarə Qətərə eniş edərkən təkərlərin arasında Ənvərinin parçalara bölünmüş cəsədi tapılıb.


Xəbər xətti