Avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Avropa Konfrans Liqasında dünən keçirilən görüşlər Azərbaycanın hesabına daha 0,375 xal əlavə olunmasına imkan yaradıb. "Aberdin"i məğlub edən "Qarabağ" ölkənin hesabını 0,250, "Makkabi" (Hayfa) ilə heç-heçə edən "Neftçi" 0,125 xal atrırıb.
Bununla da Azərbaycanın bu mövsümdəki ümumi qazancı 1,875-ə çatıb. "Qarabağ" 1,000, "Neftçi" 0,750, "Sumqayıt" 0,125 xal əldə edib.
Bu qazanc irəliləmək üçün yetərli olmayıb. 14,500 xalı olan Azərbaycan Sloveniyaya çatsa da, siyahıda 30-cu sırada qalıb. Əlavə göstəricilərə görə slovenlər daha üstündü. 31-ci olan Slovakiya ilə xal fərqi isə 0,500-ə qədər artıb.