"Avroliqada qol vurmaq mənim üçün çox vacib idi" - Mahir Emreli

14:12 20 Avqust 2021

“Düzünü desəm, bu, Avropa Liqasında vurduğum ilk qoldur. Əvvəllər bu turnirdə qol vurmamışdım”.

Bu sözləri "Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.

 

Avropa Liqasının pley-off mərhələsinin “Slaviya” ilə Çexiyadakı görüşündə (2:2) hesabı açan millimizin üzvü onlardan gözləntinin böyük olduğunu bildirib: “Mənim üçün şans qazanmaq və fərqlənmək çox vacib idi. Bugünkü qarşılaşma heç də az önəm daşımırdı. Lakin hələ heç nə həll olunmayıb. Varşavada cavab oyunu var. Hər kəs 100 faiz köklənməlidir. Klubumuzda hər kəs Avropa Liqasına düşməyimizi gözləyir. Uzun müddətdir, düşünürəm ki, 4 ildir qrupa düşmürük. Buna görə də xəyalımız uğrunda mübarizə aparmalıyıq. İnanın ki, çox çətin olacaq. Cavab oyununa yaxşı hazırlaşmalı, ilk qarşılamanı və nəyi daha da yaxşılaşdıra biləcəyimizi analiz etməliyik”.
 
24 yaşlı hücumçu Polşadkı görüşün də çətin olacağını qeyd edib: “Bu gün bir komanda oynamaq istəyirdi. Digəri isə müdafiə olunur və əks-hücum imkanları gözləyirdi. Topla çox oynadıqda qol vurmaq vacibdir. Xoşbəxtik ki, bu gün 2 qol vura bildik. Görüşün özü çox maraqlı alındı. İndi Varşavada qalib gəlmək üçün hər şey etməliyik. Cavab matçında asan olmayacaq. İlk oyunda da bunu gördük. Yenə ağır sınaq olacaq. İnanıram ki, qrup mərhələsinə düşə biləcəyik”.


Digər xəbərlər

Xəbər xətti