Ayxan Abbasov: "Ona demişəm ki, yaxın illərdə Azərbaycanın ən yaxşı futbolçusu olacaq"

09:00 22 Avqust 2021

Premyer Liqanın 2-ci turunda evdə "Sabah"a 2:0 hesabı ilə qalib gələn "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında iştirak edib.

 

39 yaşlı mütəxəssis öncə qələbəni şərh edib:


- Öncə azarkeşlərə təşəkkür edirəm. Bu gün möhtəşəm idilər. Sumqayıtda belə ab-hava üçün darıxmışdıq. Bu gün həqiqətən əsl kollektiv gördüm. Ramin Quliyevə uğurlar arzu edirəm. “Sabah” yaxşı komandadı. Onlara vaxt lazım olacaq. İlk turda uduzmuşdular. Ona görə də bilirdik ki, bu gün qələbə üçün oynayacaqlar. Heyətlərində yaxşı oyunçular var. Bu, yaxşı qələbədi. Çempionatda uzun marafon bizi gözləyir. Çatışmayan cəhətlərimiz var. Oyundan oyuna artıracağıq.

 

- Rəhim Sadıoqva nə oldu ki, mövsümə 2 qol və 2 məhsuldar ötürmə ilə başladı?
- Rəhimi biz bura dəvət edəndə ona ümidlərimiz böyük idi. Onun mili komandada əsas simaya çevriləcəyinə inanıram. Amma tək bu iki oyun yox, ötən mövsüm də bizə çox kömək etdi. Kritik anlarda üzə çıxdı. Oyunumuzu tək Rəhimin üzərində qurmuruq. Ona inanırıq. Özü ilə də söhbət etmişəm. Demişəm ki, yaxın illərdə Azərbaycanın ən yaxşı futbolçusu olacaq.

 

- Fasilədən sonra lider qalmaq üçün hansı addımları atmaq lazımdı?
- Oyundan sonra milliyə gedən futbolçulara uğurlar arzuladım. Bildirdim ki, bu, mövsümün əvvəlidi. Topladığımız xallara aldanmaq olmaz. İki məğlubiyyət hər şeyi dəyişə bilər. Biz başqa komandalar kimi çox transfer etmədik. Gənclərin bu mövsüm oyunu məni sevindirir. Sonadək bu tempə dözməyə çalışacağıq.

 

- Bu gün heyətdə rotasiyalar gördük. Bunlar nəyə hesablanıb?
- Birinci oyunla ikinci matç arasında dəyişilik var. Bu, rəqabətdəndi. Həm də rəqibə görə oyun qururuq. Tellur Mütəllimov həm sağ, həm solda oynaya bilir. İstəyirik ki, Tellur da, Yusif də özlərinə inansın. Digər futbolçuları da heyətdə görsənizz, təəccüblənməyin.

 

- Səbuhi Allahverdizadə limit oyunuçusu kimi oynayır, yoxsa onu atrıq əsas heyət üzvü kimi görürsüz?
- Biz ona limit oyunçusu kimi baxmırıq. Göstərdiyi performans xoşumuza gəlir. Rüfətin potensialı Xəyal Nəcəfovdan da yaxşı ola bilər. Azərbaycanda tək-tük oyunçu var ki, rəqibin cərimə meydançasında hər an təhlükə yarada bilir. Bu gənclərin üstünlüyü ondadı ki, bu gün "Sumqayıt"dadılar. İnanıram ki, gələcəkdə milli komandalarda oynaya bilərlər.

 

- Rüfətin sağ ayağı yaxşı işləmir. Bunu necə düzəltmək lar?
-  Bu gün ən böyük problemimiz odu ki, futbolçular aşağı yaş qruplarından gələndə iki ayağı da işləmir. Biz də çalışacağıq ki, sağ ayağını işlədək.

 

- Son dəqiqələrdə çox gərgin idiz. Bu qələbə istəyinin daha çox olmağından irəli gəlir?
- Rəqib son 10 dəqiqədə cərimə meydançamıza çox ötürmələr edirdi. Həm də Yusiflə Tellur yorulmuşdu. Son dəqiqələrdə qol buraxmaq çox təhlükəlidi. Evdə uduzmaq istəmirdik. Onun da gərginliyi ola bilər.

 

- Ötən mövsüm “Sabah”la oyunda koronavirusa yoluxmuşduz və komandanızın başında deyildiz. Bugünkü oyuna revanş kimi baxırdız?
- Xeyr. Tam başqadır. "Sabah"la son illərdə oyunlarımız çox gərgin və marqlı keçir. Buna revanş kimi baxmıram. Uda da bilərik, uduza da.


Digər xəbərlər

Xəbər xətti