Paralimpiya yığmamızda koronavirus şoku - İlham Zəkiyev karantinə alındı

10:21 22 Avqust 2021

Paralimpiya Çempionu, paracüdoçumuz Ramil Qasımovdan Tokio atletlər kəndində Covid-19 PCR test nümunəsi götürülüb və test nəticəsi pozitiv çıxıb.

 

Milli Paralimpiya Komitəsi xəbər verir ki, bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün cüdoçumuz Tokioda xüsusi karantinə yerləşdirilib və yarışlardan kənarlaşdırılıb. Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.

 

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib. 

 

Qeyd edək ki, 11 cüdoçumuz arasında iki qat Paralimpiya çempionumuz İlham Zəkiyev də yer alır. Bu səbəbdən açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu Oloxan Musayev olacaq.

 

"İdmançılarımızın səhətində heç bir problem yoxdur, hamı yarışa tam hazırdır", deyə məlumatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti