Çempionlar Liqası: "Araz" böyük hesablı qələbə ilə başladı

11:01 22 Avqust 2021

Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayıb.

Qol.az xəbər verir ki, Joze Alesionun baş məşqçisi olduğu komanda F qrupunda Cəbəllütariqin "Europa" klubu ilə qarşılaşıb. Latviyanın Salaspils şəhərində keçirilən görüşdə təmsilçimiz 9:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki,  reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

 

“Araz-Naxçıvan” (Azərbaycan) – “Europa” (Cəbəllütariq) – 9:2

Qollar: Diaz Qalyeqo, 4:13 (avtoqol), Rodriges, 5:07, 29:57, 39:11, Şocaei, 8:08, Bağırov, 10:52, Pereyra Qonçalves Dos Santos, 20:07, 38:58, Atayev, 27:13 - Diaz, 33:54, 34:22


Digər xəbərlər

Xəbər xətti