Samir Abasov: "Oyun heç-heçə də başa çata bilərdi"

00:46 23 Avqust 2021

Azərbaycan Premyer Liqasının 2-ci turunda “Neftçi” səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Qarşılaşmadan sonra mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb. O, matçla bağlı bunları deyib:

"Oyuna yaxşı başladıq. Nəticə də ürəyimcədi. İsmayılı Zülfüqarlını, Vüsal Əsgərovu təbrik edirəm. “Zirə”yə qarşı özlərini yaxşı göstərdilər. Qalib gələn komandanın bir parçası idilər.

Rəşad Sadıqovu təbrik etmək lazımdı. Çox gözəl komanda yaradıb. Oyun heç-heçə də başa çata bilərdi. Əsas odu ki, Zirədən qələbə ilə ayrılırıq. Bütün fikirlərimiz “Makkabi” ilə oyuna yönəlib". 


Digər xəbərlər

Xəbər xətti