Rəşad Sadıqov: "Hakim səhvlərindən bezmişəm" - VİDEO

02:05 23 Avqust 2021

"Maraqlı oyunun şahidi olduq. Xüsusilə də ikinci hissədə. İlk hissədə havanın isti olması hər iki komandaya təsir edirdi. Bizim üçün oyun pis getmirdi. Rəqibin səhvini gözləyirdik. Qoldan sonra göstərdiyimiz reaksiya xoşuma gəldi. Sona qədər mübarizə aparıb bir qol vurduq. Bərabərlik qoluna vaxtımız çatmadı".

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 2-ci turunun "Neftçi"yə (1:2) qarşı keçirilən oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- “Neftçi”nin yarımmüdafiə xəttinin liderləri meydanda yox idi. Buna rəğmən, Zirə” yenə də mərkəzdə üstünlük qura bilmədi. Bunun səbəbi nədi?
- İstəyərdim ki, bizim yarımmüdafiədən də danışıq. İki oyunçumuz meydanda yox idi. Ötən mövsüm də itkilərlə meydana çıxırdıq. Amma heç vaxt rəqib komandanın baş məşqçisinə belə suallar verilmirdi. Mən istəyərdim ki, “Neftçi” tam heyətlə oynasın. “Qarabağ”la “Neftçi” favorit komandalardı. Onların əvəzedici oyunçuları da güclüdü. Bu gün məcburiyyətdən Qismət Alıyevi mərkəzdə oynadırdıq, zədəli Ağabalanı meydana buraxdıq. Yaxın gələcəkdə düşündüyüm geniş heyəti quracağıma inanıram. Alınmasa belə, bu heyətlə davam edəcəyik.

- Cəlal Hüseynovun oynamamağının səbəbi nədi?
- Püşkatmadan sonra oyun planımızda da dəyişilik oldu. İki favorit komanda ilə ilk turlarda düşməyimiz yaxşı olmadı. Bu tək müdafiə ilə bağlı deyil. Cəlala gəldikdə potensiallı, inandığım oyunçudu. Amma bəzi məqamlar var ki, onları düzəltməlidi. Mən həssas adamam.

- Sosial şəbəkələrdə “Neftçi”nin ilk qolunda oyundankənar vəziyyət olduğu müzakirə edilir. Siz necə düşünürsüz?
- Bu işə yeni başlamışam, gənc məşqçiyəm. Bir il içində hakim səhvlərindən bezmişəm. Belə rəqabət aparmaq olmur. 3-cü dəqiqədə ilk ikili mübarizədən sonra Sərtana sarı vərəqə verilir. Söhbət tək bu oyundan getmir. Hakim səhvlərindən bezmişəm. İstəmərəm ki, mənim xeyrimə səhv olsun, rəqib komandanın haqqı yeyilsin. Çox ikili standartlar var. Məşqçi olmasaydım, hakim səhvlərindən ibarət təqdimat edərdim. Futbolçular əziyyət çəkir. Bizə ikili standartlarla yanaşırlar. Bəzən düşünürəm ki, mən ümumiyyətlə bu işi görüm, yoxsa görməyim?

- Sizcə VAR sistem gələndən sora hakim səhvləri aradan qalxacaq?
- Bilmirəm. Elə şərhlər verilir ki, VAR-a baxanda da eyni qərarı vərə bilərlər. Eyni epizodda bir oyunda penal verilir, bir oyunda verilmir. VARı- gözləmliyik? VAR gələnə kimi bizim ziyanımıza qərarlar olmalıdı? Bu gün bir səhvdən danışırıq. Mövsümün sonunda turnir cədvəlinə təsir edir.

- Velvesi əvəzləmiyinizin səbəbi nə idi?
- İlk oyunudu. Uzun müddətdi ki, 90 dəqiqə oynamır. Mən çalışacam heç vaxt ilk hissədə əvəzetmə etməyim. Amma imkanım olsa, 30-cu dəqiqədə dəyişərdim.

 

 


Digər xəbərlər

Xəbər xətti