İtaliya çempionatı: “Yuventus” yeni mövsümə 1, “Roma” və “Napoli” 3 xalla başladı

10:26 23 Avqust 2021

Futbol üzrə İtaliya A Seriyasında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilir. Bazar günü daha dörd qarşılaşma baş tutub.
 
Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”nın rəqibi “Fiorentina” olub. Paytaxt təmsilçisi inamlı qələbəyə sevinib. “Napoli” isə debütant “Venetsiya”nı məğlub yola salıb. “Bolonya” da “Salernitana” üzərində çətin qələbə qazanıb.
 
“Yuventus” bu turda “Udineze” səfərinə yollanıb. Turin təmsilçisi mövsümə heç-heçə ilə başlayıb. 
 
İtaliya A Seriyası
1-ci tur
 
22 avqust
 
Bolonya – Salernitana 3:2
Qol: De Silvestri, 59; 77. Arnautoviç, 75 – Bonatsoli, 52-pen. Kulibali, 70.
 
Udineze – Yuventus 2:2
Qol: R.Pereyra, 51-pen. Deulofeu, 83 – Dibala, 3. Kuadrado, 23.
 
Napoli – Venetsiya 2:0
Qol: İnsinye, 62-pen. Elmas, 73.
 
Roma – Fiorentina 3:1
Qol: Mxitaryan, 26. Veretu, 64; 79 – Milenkoviç, 60.
 
23 avqust
 
20:30. Kalyari – Spetsiya
22:45. Sampdoriya – Milan


Digər xəbərlər

Xəbər xətti