Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub.
Sonuncu oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Hoffenhaym” doğma meydanda “Union Berlin”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Son çempion “Bavariya" isə "Köln"ü qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 2 turdan sonra turnir cədvəlinə 6 xalla "Volfsburq" başçılıq edir. "Hoffenhaym" 4 xalla 2-ci, "Bayer" eyni xalla 3-cüdür.
22 avqust
"Hoffenhaym" – "Union Berlin" - 2:2
Qollar: Akpoquma, 14, Larsen, 30 – Qisselmann, 10, Avoniyi, 47
"Bavariya" – "Köln" - 3:2
Qollar: Levandovski, 50, Qnabri, 59, 71 – Modeste, 60, Ut, 62