“Sumqayıt”dan rekord

17:24 23 Avqust 2021

“Sumqayıt” tarixinin Premyer Liqadakı ən uğurlu startına imza atıb.
 
İlk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun komandasl bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib.

Premyer Liqada 2011-ci ildə debüt edən “Gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb.  2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.

Qeyd edək ki, son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, birində uduzub.


Digər xəbərlər

Xəbər xətti