Avqustun 25-dən 27-dək Azərbaycan millisinin yoxlama xarakterli təlim-məşq toplanışı olacaq.
Komandanın baş məşqçisi Canni De Byazi hazırlıq prosesinə 20 oyunçu çağırıb.
Bu, yekun siyahı deyil. Avrokuboklarda mübarizə aparan “Neftçi” və “Qarabağ”ın üzvləri, eləcə də millimizin ölkə xaricində çıxış edən oyunçuları 3 günlük toplanışa dəvət edilməyib.
Qapıçılar: Aydın Bayramov (“Sumqayıt”), Mehti Cənnətov (“Zirə”)
Müdafiəçilər: Amin Seydiyev, Bəxtiyar Həsənalızadə (hər ikisi “Sabah”), Şəhriyar Əliyev, Azər Salahlı (hər ikisi “Keşlə”), Təmkin Xəlilzadə, Sərtan Taşkın (hər ikisi “Zirə”), Höccət Haqverdi, Elvin Bədəlov (hər ikisi “Sumqayıt”), Turan Manafov (“Səbail”)
Yarımmüdafiəçilər: Rəhim Sadıxov, Murad Xaçayev, Vüqar Mustafayev (hamısı “Sumqayıt”), Coşqun Diniyev, Elvin Camalov (hər ikisi “Sabah”), Rövlan Muradov (“Qəbələ”), Rəhman Hacıyev (“Keşlə”)
Hücumçular: Əli Qurbani (“Sumqayıt”), Ülvi İsgəndərov (“Qəbələ”).
Qeyd edək ki, millimiz DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiyanın qonağı olacaq, ayın 7-də isə Portuqaliyanı qəbul edəcək.