Türkiyə I Liqasında 1-ci turun oyunları keçirilir.
Namiq Ələsgərovun yeni transfer olduğu "Bursaspor" klubu səfərdə "Ərzurumspor"a uduzub - 1:2.
Namiq bu qarşılaşmada da iştirak etməyib. Buna səbəb onun keçmiş klubu "Neftçi"nin "Bursaspor"a futbolçunun transfer vərəqəsini verməməsidir. Ələsgərovun ayrılığını qəbul etmək istəməyən "ağ-qaralar"ın rəhbərliyi bu yolla futbolçunun debütünü ləngidir.
"Timsahlar"a bu yay keçən Azərbaycan millisinin keçmiş üzvü Ufuk Budak da ehtiyatda qalıb.
"Bursaspor" 2 turdan sonra 1 xal toplayıb.