"Ronaldo "Yuventus"dan ayrılsa, daha yaxşı olar" - Həbib Nurməhəmmədov

12:10 24 Avqust 2021

Sabiq UFC çempionu Həbib Nurməhəmmədov "Yuventus"un futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.

O, 36 yaşlı hücumçunun Turin təmsilçisindən ayrılmalı olduğunu düşünür:

 

"Fikrimcə, Kriştiano komandasını dəyişsə, daha yaxşı olar. "Yuventus" azarkeşlərini təhqir etmirik. PSJ-nin də heyətində kifayət qədər ulduz futbolçu var. Ronaldo karyerasının sonunda İngiltərə klublarından birinə transfer olunsaydı, onunla birgə çıxış etməklə maraqlanardım. Kriştiano ilə ikimizdə "Legion Dinamo"da oynasaq, bizim üçün çətin olar. Çünki maaş, çempionat fərqi kimi amillər var. Kimsə qardaş kimi, pulsuz işləməli olacaq".

Qeyd edək ki, Həbib bundan sonra karyerasını futbolçu kimi davam etdirəcək. O, məhz "Legion Dinamo" (Mahaçqala) ilə müqavilə imzalayacaq.


Xəbər xətti