Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Samsun toplanışına perspektivli gənc cüdoçularımızla yanaşı, qardaş Türkiyənin də milli komandasının üzvləri qatılıblar.
Gənclərdən ibarət millinin üzvləri məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar.
Qeyd edək ki, gənc cüdoçularımız sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaqlar.