Ukrayna prezidenti Şevçenkonu mükafatlandırdı

15:45 24 Avqust 2021

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko ölkəsində mükafatlandırılıb.

O, 5-ci dərəcəli Yaroslav Mudrı ordeni alıb. 44 yaşlı mütəxəssis Ukrayna prezidenti Vladimir Zelensk tərəfindən dövlət mükafatı alıb.

 

Orden dövlət quruculuğu, Ukraynanın beynəlxalq nüfuzunun gücləndirilməsi, iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, səhiyyənin inkişafı, görkəmli xeyriyyəçilik, humanist və ictimai fəaliyyətlərinə görə verilir.

Qeyd edək ki,  A.Şevçenko avqustun 1-də Ukrayna yığmasından ayrılıb. 


Digər xəbərlər

Xəbər xətti