Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
I liqa təmsilçisi bu posta Fatih Təkkəni gətirib. 43 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. Bu bərədə Bursa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Fatih Təkkə bir neçə gün əvvəl istefaya göndərilən Mustafa Əri əvəz edib.
Qeyd edək ki, milli komandamızın üzvü Namiq Ələskərov "Bursaspor"da çıxış edir.