Birinci liqa təmsilçisi "Bursaspor" yeni futbolçusu Namiq Ələsgərovun transfer problemini həll edib.
26 yaşlı hücumçu Bursa təmsilçisinin futbolçusu kimi Türkiyə Futbol Federasiyasına sifariş olunub.
Əgər məşqçi heyəti şans verərsə, Ələsgərov “Eyupspor”la qarşıdakı tur matçında meydana çıxa biləcək.
Xatırladaq ki, hüquqi prosesilərlə əlaqədar "Neftçi" N.Ələsgərovun transfer vərəqini qarşı tərəfə vermirdi. Buna görə də futbolçunun ilk iki turda debütü baş tutmamışdı.