Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi”(Hayfa) ilə cavab oyunu üçün “Neftçi” İsrailə yollanıb.
“Ağ-qaralar” Bakıdan Tel-Əvivə uçacaq və komanda oradan avtobusla Hayfa şəhərinə yola düşəcək.
Cəzalı duruma düşdüklərinə görə cavab qarşılaşmasında iştirak etməyəcək Yusuf Laval və Mamadu Mboc da komanda ilə birlikdə İsrailə uçub.
Xatırladaq ki, avqustun 26-da “Sammi Ofer” stadionunda keçiriləcək görüş Bakı vaxtilə 21:00-da start götürəcək.