“Yuventus”un hücumçusu Kritştiano Ronaldo bu yay “Mançester Siti”yə keçə bilər.
Bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb. İddia edilib ki, portuqaliyalı futbolçu İngiltərədə transfer pəncərəsinin bağlanacağı avqustun 31-nə qədər “şəhərlilərlə” müqavilə bağlaya bilər.
İtaliyalı jurnalist Simeone Rovera isə özünün “Tvitter” səhifəsində yazıb ki, Ronaldo komanda yoldaşları ilə “Mançester Siti”yə keçmək məsələsini müzakirə edib.
Futbolçunun İngiltərəyə qayıdacağı haqda ehtimalları qüvvətləndirən səbəblərdən biri portuqaliyalının avqustun 22-də A seriyasında “Udineze” ilə matçda ehtiyatda qalması olub. Məlumata görə, Ronaldo özü ilk 11-liyə salınanmasını xahiş edib. Başqa bir xəbərə görə, hazırda Ronaldo üçün ən real müştəri məhz “Mançester Siti”dir.
Əlavə edək ki, Kriştiano 2003-09-cu illərdə İngiltərədə (“Mançester Yunayted”) oynayıb.
Onun “Yuventus”la müqaviləsi 2022-ci ilin iyunun 30-da başa çatacaq.