"ETOPAZ" şirkəti "Qadın və Uşaq sığınacağının" sosial şəbəkələrdəki yardım çağırışına dərhal reaksiya verərək, sığınacağa xeyli miqdarda ərzaq yardımı edib.
Şirkət bu addımı ilə zorakılığa məruz qalma və ya digər səbəblərdən sığınacağa yerləşdirilmiş qadın və uşaqlara dəstəyini ifadə edib.
Korporativ məsuliyyəti dərk etmək sağlam cəmiyyət qurmağın əsas şərtlərindən biridir. Bu təqdirəlayiq addımı və həssas yanaşmasına görə "ETOPAZ" şirkətini alqışlayır və hər kəsi daha gözəl gələcək üçün çalışmağa dəvət edirik.