Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
O, Konfrans Liqasının pley-ff mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək "Gent" (Belçika) - "Rakov" (Polşa) matçını idarə edəcək.
Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Gent" (Belçika) - "Rakov" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq.