"Qalatasaray" heyətinə yeni futbolçu qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi FCSB-dən (Rumınya) Olimpiu Vasile Morutanı alıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Morutan 2018-ci ildən FCSB-də çıxış edirdi.