Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.
Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq yarışın bürünc medalını qazanıb.
Qeyd edək ki, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmiz 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə təmsil olunur.