Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. Bununla da qrup mərhələsinə son 10 vəsiqənin sahibi müəyyənləşib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşada Çexiyanın “Slaviya” (Praqa) komandası ilə qarşılaşıb. Praqadakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. Sözügedən qarşılaşmada ilk qolu məhz Emreli vurub.
Türkiyə təmsilçilərindən “Fənərbaxça” Finlandiyada HJK (Helsinki), “Qalatasaray” isə İstanbulda Danimarka "Randers”i ilə münasibətlərinə aydınlıq gətirib. “Sarı-lacivərdlilər" ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. "Sarı-qırmızılılar" isə səfərdən heç-heçə ilə dönüb - 1:1.
Avropa Liqası
Pley-offun cavab oyunları
26 avqust
19:00. Alaşkert (Ermənistan) - Reyncers (Şotlandiya) 0:0
İlk oyun - 0:1
20:00. HJK (Finlandiya) - Fənərbaxça (Türkiyə) 2:5
İlk oyun - 0:1
20:30. Zarya (Ukrayna) - Rapid (Vyana, Avstriya) 2:3
İlk oyun - 0:3
22:00. Qalatasaray (Türkiyə) - Randers (Danimarka) 2:1
İlk oyun - 1:1
22:15. Alkmaar (Niderland) - Seltik (Şotlandiya) 2:1
İlk oyun - 0:2
22:30. ÇFR Kluj (Rumıniya) - Srvena Zvezda (Serbiya) 1:2
İlk oyun - 0:4
22:45. Slovan (Bratislava, Slovakiya) - Olimpiakos (Yunanıstan) 2:2
İlk oyun - 0:3
23:00. Legiya (Polşa) - Slaviya (Praqa, Çexiya) 2:1
İlk oyun - 2:2
23:00. Antverpen (Belçika) - Omoniya (Kipr) 2:0 (Penaltilər 3:2
İlk oyun - 2:4
23:00. Şturm Qraz (Avstriya) - Mura (Sloveniya) 2:0
İlk oyun - 3:1