AFFA İntizam Komitəsi "Keşlə"nin futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.
Buna onun Premyer Liqanın 2-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları matçın 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub. Bu hərəkətinə görə futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bundan başqa, "Keşlə" 3 min 200 manat məbləğində cərimələnib.