AFFA 3 klubu cərimələdi

14:12 26 Avqust 2021

Bu gün AFFA İntizam komitəsinin iclası keçirilib.

İclasda Premyer Liqamızın 2-ci turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

 

Premyer Liqanın 2-ci turunun “Qəbələ” – “Keşlə” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
 
“Qəbələ” – “Keşlə” oyununda matçın 90+5-ci dəqiqəsində qonaq komandanın futbolçusu Şəhriyar Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Premyer Liqanın 2-ci turunun “Zirə” – “Neftçi” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti