Azərbaycan millisinin sabiq forvardı, “Şalke-2”yə Qərb Regional Liqasının 3-cü turu çərçivəsində “Borussiya-2”(Münhenqladbax) klubu ilə oyunda qələbə gətirən qolu vuran Rüfət Dadaşov matç haqda danışıb.
“Revier Sport” nəşrinə danışan Dadaşov bunları deyib:
“Borussiya”ya qol vuracağımı bilirdim. Komanda məni çox yaxşı qarşıladı və adaptasiya olmaq asan idi. Yaxşı fiziki formada gəlmişəm komandaya. Çünki mövsümöncəsi ABŞ-da sabiq klubumla toplanış keçmişdim. Həqiqətən də “Şalke”də yer almağı səbirsizliklə gözləyirdim. Hər zaman lider olmaq arzusunda idim və U-23 komandasında bunu edirəm. Bu mənim işimdi və işimdən də razıyam”.