Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Qalib İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo seçilib.
O, komanda yoldaşı Nqolo Kanteni və "Mançester Siti"nin futbolçusu Kevin De Brüyneni qabaqlayıb.
Xatırladaq ki, ÇL-də ötən mövsümün qalibi "Çelsi" olub.