"Kəpəz" "Qəbələ"nin müdafiəçisini transfer etdi

23:56 26 Avqust 2021

Yeni mövsümdə birinci divizionda çıxış edəcək “Kəpəz” klubu daha bir futbolçunu heyətinə cəlb edib.

 

Gəncə təmsilçisi “Qəbələ”dən Vüsal Məsimovu transfer edib.

 

Məsimov ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib. 21 yaşlı futbolçu müdafiəçi mövqeyində oynayır.


Digər xəbərlər

Xəbər xətti