"Yaxşı komandaya qarşı oynayırdıq. Amma matça inamlı başladıq. Nəticə bizim üçün də sürpriz oldu".
Bu sözləri "Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsinin evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib: "Neftçi" kimi komandanı udmaq asan deyil. İlk matçda buraxdığımız qollardan sonra ikinci görüşə daha hazır gəldik. Oyunçularıma təşəkkür edirəm. Bu gecə tarix yazdıq". (Report)