Tokio-2020: Azərbaycanın iki paracüdoçusu qızıl medal qazandı

13:00 27 Avqust 2021

Azərbaycanın iki paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə fransalı Sandrin Martine ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.
 
60 kq çəki dərəcəsində çıxış edən digər idmançımız - Vüqar Şirinli isə qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şirinli də qızıl medal qazanıb.
 
Daha bir kişi cüdoçu Namiq Abaslı (66 kq) isə bürünc medal görüşlərinə qatılıb. O, ispaniyalı rəqibi Serxio İbaneslə dueldən məğlub ayrılıb.
 
Xatırladaq ki, daha bir qadın cüdoçu Bəsti Səfərova (52 kq) 1/4 finalda yaponiyalı Yui Fujivaraya, təsəlliverici görüşdə ukraynalı Nataliya Nikolayçuka uduzaraq, 7-ci yerlə kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti