Tokio-2020: Azərbaycanın daha bir paralimpiyaçısı çempion oldu

13:28 27 Avqust 2021

Azərbaycanın daha bir təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.
 
Qeyd edək ki, daha əvvəl paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və Vüqar Şirinli (60 kq) paralimpiya çempionu olub. İlk yarış günündə isə pauerliftiq idman növü üzrə milli komandamızın üzvü Pərvin Məmmədov (49 kq) yarışın bürünc medalını qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti