“Qarabağ”ın futbolçusu Riçard Almeyda Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”ə 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəldikləri cavab oyunundan sonra paylaşım edib.
Sportarena.az xəbər verir ki, o, özünün "İnstaqram" hesabında yazıb:
“Yenidən böyük komanda olan “Qarabağ”a qayıtmağıma görə özümü çox xoşbəxt hiss edirəm. 1 ildən sonra Avropa turnirində oynadım! Komandamla fəxr edirəm. Yenidən bu komandaya qayıtmaq imkanı verildiyinə görə, təşəkkür edirəm. Həmişə əlimdən gələni edəcəyəm! İrəli, "Qarabağ"! Hər şeyə görə minnətdəram, Tanrı!".