Tokio-2020: Daha bir idmançımız paralimpiya çempionu oldu

13:00 28 Avqust 2021

Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Sportarena.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançımız ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.

 

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova paralimpiya çempionu olub.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl medalıdır. Bundan əvvəl paracüdoçular Sevda Vəliyeva (57 kq), Namiq Abaslı (66 kq), Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh qızıl medal qazanacaq.


Digər xəbərlər

Xəbər xətti