Tokio-2020: Qadın cüdoçu Azərbaycana 9-cu qızıl medalı qazandırdı

14:10 29 Avqust 2021

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 11-ci medalını qazanıb.
 
Sportarena.az xəbər verir ki, qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.
 
O, finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.
 
Qeyd edək ki, bu, Azərbaycanın 9-cu qızıl medalı olub. Bütövlükdə isə ölkəmizin hesabında 9 qızıl və 2 bürünc medal var. Paralimpiya komandamız bu göstərici ilə 7-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti