Lionel Messi PSJ-də debüt etdi - VİDEO

12:28 30 Avqust 2021

Fransa I Liqasında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, PSJ səfərdə "Reyms"ə 2:0 hesabı ilə qalib gəlib.

 

Bu qarşılaşmada Paris klubunun yeni transferi Lionel Messi komandada debüt edib. 34 yaşlı hücumçu 66-cı dəqiqədə Neymarın əvəzinə meydana daxil olmaqla debütünü rəsmiləşdirib.

 

PSJ 4 turdan sonra 12 xalla turnir cədvəlinə başçılıq edir.

 

"Reyms" - PSJ - 0:2

Qollar: Mbappe, 16, 63

 

 


Digər xəbərlər

Xəbər xətti