İtaliya A Seriyasında 2-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə dörd matç keçirilib. "Napoli" "Cenoa"ya 2:1, "Milan" "Kalyari"yə 4:1, "Roma" "Salernitana"ya 4:0 hesabı ilə qalib gəlib. "Sassuolo" – "Sampdoriya" görüşündə isə hesab açılmayıb.
Qeyd edək ki, 2 turdan sonra "Roma", "Milan" və "Napoli" 6 xalla 3-5-ci pillələri bölüşdürürlər.
"Cenoa" – "Napoli" - 1:2
Qollar: Kambiaso, 69 – F.Ruis, 39, Petanya, 84
"Sassuolo" – "Sampdoriya" - 0:0
"Milan" – "Kalyari" - 4:1
Qollar: Tonali, 12, Leao, 17, Jiru, 24, 43 – Deyola, 15
"Salernitana" – "Roma"- 0:4
Qollar: Pelleqrini, 48, 79, Veretu, 52, Abraham, 69