"Qarabağ"ın legioneri milliyə çağırıldı

14:00 30 Avqust 2021

"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin DÇ-2022-nin seçmə mərhələsindəki matçları üçün yığmaya çağırılıb.

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi Mərkəzi Afrika Respublikası və Nigeriya ilə görüşlərə görə milliyə dəvət olunub.

Qeyd edək ki, Kabo-Verde yığması Mərkəzi Afrika Respublikası ilə sentyabrın 1-i, Nigeriya ilə isə sentyabrın 7-si qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti