Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə qış fasiləsinin vaxtı müəyyənləşib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 16-da 14-cü turun oyunlarından sonra ölkə çempionatında fasilə yaranacaq.
2022-ci il fevralın 7-də isə çempionatın 2-ci yarısına start veriləcək. Premyer Liqaya mayın 21-də yekun vurulacaq.