Əvvəlcə Holts, sonra De Byazi

14:01 31 Avqust 2021

DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 1-də, “Stade de Luxembourg”da keçiriləcək Lüksemburq – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Hər iki komandanın baş məşqçisinin mətbuat konfransı bu gün olacaq. Əvvəlcə Lüksemburq yığmasının çalışdırıcısı Lyuk Holts media nümayəndələri ilə görüşəcək. Onun konfransı yerli vaxtla saat 15:00-da olacaq.

 

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin jurnalistlərlə görüşü isə yerli vaxtla 18:30-da olacaq.

 

Sabah keçiriləcək Lüksemburq – Azərbaycan oyunu saat 22:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti