Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportarena.az qurumun saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 1 təmsilçisi yer alıb.
Teymur Rəcəbov 2 763 xalla 10-cu pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 5 pillə geriləyərək, 2762 xalla 11-ci yerdə qərarlaşıb.
Qədir Hüseynov (2 665) 69-cu, Rauf Məmmədov (2654) 89-cu, Nicat Abbasov (2652) 93-cü sırada qərarlaşıb.
Siyahıya Maqnus Karlsen (Norveç, 2855) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2800) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2459) 1 pillə irələləyib və 25-cı sırada yer alıb. Gülnar Məmmədova (2395) 68-ci, Xanım Balacayeva ( 369) isə 92-cidir.