"Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir" - Lüksemburq millisinin baş məşqçisi

00:13 1 Sentyabr 2021

“Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir".
 
Sportarena.az xəbər verir ki, bu sözləri Lüksemburq millisinin baş məşqçisi Luk Holtz DÇ-2022-nin seçmə mərhələsində yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
 

O, millimizə qalib gəlməyin çətin olduğunu bildirib: "Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq.

Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk oyundan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.


Digər xəbərlər

Xəbər xətti