"Qarabağ"ın rəqibi 4 gənc futbolçu transfer etdi

02:33 1 Sentyabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bazel" heyətini 4 futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, İsveçrə təmsilçisi Lissabon "Sportinq"dən Jelson Fernandeşi icarəyə götürüb. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

"Bazel" Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavareş də heyətinə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb. 

 

Digər futbolçu isə Fransanın "Nitsa" klubunundan transfer edilən Dan Ndoyedi. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu 1 illik icarəyə götürülüb.

 

"Bazel"in daha bir transferi Niderlanddandı. "Feyenord"un 20 yaşlı yarımmüdafiəçisi Voter Burqerlə 4 illik müqavilə imzalanıb.


Qeyd edək ki, "Bazel"lə "Qarabağ"ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


Digər xəbərlər

Xəbər xətti