Koronavirusa yoluxan şahmatçımız üçün Avropa çempionatı erkən başa çatdı

14:45 1 Sentyabr 2021

İrlandiyanın paytaxtı Reykjavik şəhərində 26 avqust tarixində başlamış şəxsi Avropa Çempionatında şahmatçılar artıq 5 turu arxada qoyub.

 

Sportarena.az xəbər verir ki, İsveçrə sistemi ilə 11 turda keçirilən birincilik sentyabr 5-də başa çatacaq. Yarışda ölkəmiz 6 şahmatçı ilə təmsil olunurdu. Lakin 3-cü turdan sonra şahmatçımız Vasif Durarbəylinin kovid testi pozitiv çıxdıqdan yarışa davam edə bilməyib.

 

Qeyd edək ki, eyni səbəblə daha bir necə şahmatçı yarışı yarıda saxlamağa məcbur olublar.  


Digər xəbərlər

Xəbər xətti