Kriştiano Ronaldo Əli Daeinin dünya rekordunu qırdı

01:14 2 Sentyabr 2021

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, 36 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə keçirilən oyunda (1:1) yığmanın heyətində 110-cu qolunu vurub. Bununla da o, milli komandaların heyətində ən çox qol vuran oyunçu olaraq tarixə düşüb. 

 

Qeyd edək ki, daha əvvəl bu rekord İran millisinin heyətində 109 qol vuran Azərbaycan əsilli futbolçu Əli Daeiyə aid idi.


Xəbər xətti