Canni De Byazi: "İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik"

01:59 2 Sentyabr 2021

Milli komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Lüksemburqa 1:2 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib:


“İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik. Çox sadə iki qol buraxdıq. İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və bu da oyunumuza müsbət təsir göstərdi. İkinci hissənin 12-ci dəqiqəsindən etibarən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq.

 

Heyət seçiminə gəlincə, futbolçuların bəziləri ilə ayın 25-dən birlikdə məşq edirdik. Ölkə xaricində oynayanlar düşərgəyə gec qoşulmuşdular. Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim”.


Digər xəbərlər

Xəbər xətti