“Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Omar Hanini transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Haninin son klubu APOEL olub (2019-2021). Lakin o, geridə qalan mövsümü icarə əsasında "Olimpiakos"da keçirib.
Əlavə edək ki, iordaniyalı oyunçu ölkəsinin əsas millisində 1 matç da keçirib.